İdlibə iki istiqamətdə hücum edildi: 12 ölü

Əsəd rejimi Suriyanın İdlib şəhərinə havadan və qurudan hücum edib.

Axar.az xəbər verir ki, rejim qüvvələrinin şəhərin Bidama qəsəbəsi və kəndlərinə hücumu nəticəsində aralarında uşaqların da olduğu 12 nəfər həlak olub.

Əməliyyatdan sonra mülkü əhali nisbətən təhlükəsiz olan Türkiyə sərhədində məskunlaşıb.

Qeyd edək ki, Əsəd rejimi bazar günü də İdlibə aviazərbələr endirib. Hücum nəticəsində 1 nəfər həlak olub, 7-si yaralanıb.