İranda Noyabrın 15-dən benzinin qiymətinin bahalaşması və iqtisadi böhran nəticəsində baş verən aksiyalar bu ölkənin 100-ə yaxın şəhərini əhatə edib.
«Sherg.az» «lefigaro.fr»ə istiandən xəbər verir ki, bu barədə «Amnesty International» məlumat yayıb. Xəbərdə deyilir ki, həmin hadisələr zamanı İran rejimi 4-ü polis biri sivil vətəndaş olmaqla cəmi 5 nəfərin öldüyünü iddia etsə də, bu, həqiqəti əks etdirmir. «Amnesty International» bildirir ki, sözügedən olaylar zamanı 304 nəfər mülki vətəndaş qətlə yetirilib. Onlardan 2-si 15-17 yaşlarında olan uşaqlardır. Bu isə tarixə İran rejiminin törətdiyi repressiya kimi düşüb.
Onlar əli yalın etirazçılara qarşı geniş maştablı repressiya həyata keçiriblər.