Ərdoğan və Putin Suriyanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, liderlər Suriya və Liviya başda olmaqla, regional məsələləri müzakirə ediblər.

Tərəflər həmçinin ikitərəfli əlaqələr barədə də fikir mübadiləsi aparıblar.