Zelenski Sevastopolun xüsusi statusunu ləğv edir

Ukrayna Prezidenti Vladimir Zelenski Konstitusiyadan Sevastopolun xüsusi statusunun çıxarılmasını təklif edib.

Bu barədə Zelenskinin Radaya təqdim etdiyi 2598 nömrəli qanun layihəsində nəzərdə tutulub.

Zelenskinin təklifinə artıq müxalifət qarşı çıxıb. Belə ki, Müxalif Platformundan olan deputat Nestor Şufriç Radada bu qanun layihəsinə dəstək verməyəcəklərini bildirib. O, hakimiyyətin bununla Sevastopolu geri qaytarmaq istəmədiyini söyləyib.