Erməni terrorçuların başı üçün mükafat 4 dəfə artırıldı

17 dekabr 1980-ci ildə erməni terrorçuları tərəfindən öldürülən Türkiyənin Sidneydəki baş konsulu Şarık Arıyak və hərbi attaşe Engin Severin qatillərinin yaxalanması üçün veriləcək informasiya qarşılığındakı vəd edilən mükafatın həcmi 1 milyondan 4 milyon Avstraliya dollarına qaldırılıb.

Axar.az xəbər verir ki, bunu Avstraliyanın Cənubi Qaller əyalətinin polis rəhbərinin köməkçisi Mark Valton deyib. O, qatilləri ortaya çıxarmaq üçün özəl qrup yaratdıqlarını bildirib:

“Bu bizim bölgədə beynəlxalq və siyasi olaraq gerçəkləşən ilk cinayətdir. Hələ də sui-qəsdin planlanması və gerçəkləşdirilməsindən xəbərdar olan adamların olmasından şübhələnirik. Ümid edirik ki, bu mükafat və bu mövzuya göstərdiyimiz maraq cinayətin həllində bizə köməkçi olacaq. Bu gün 39 il oldu, artıq gerçəyin üzə çıxmaq vaxtı çatıb”.

Qeyd edək ki, diplomatlar iki erməni terrorçu tərəfindən güllələnərək qətlə yetiriliblər. Hücum nəticəsində baş konsul yerindəcə, attaşe isə xəstəxanada həlak olub. Hücuma görə məsuliyyəti üzərinə ASALA terror təşkilatı götürüb.

Avstraliya polisi türkiyəli diplomatların qatillərinin tutulması üçün cinayət-axtarış işini yeniləyib.