BMT sülhməramlıları 11 yaşlı yüzlərlə qıza təcavüz edib, onları hamilə qoyub

BMT sülhməramlıları Haitidə xidmət zamanı yüzlərlə uşağı hamilə qoyub. Onların ərzaq müqabilində özlərini satan azyaşlılar da var.

Bu barədə “Times” xəbər verib.

Bununla bağlı araşdırma aparan tədqiqat qrupuna rəhbərlik edən Birminqem Universitetinin nümayəndəsi Sabina Li nəşrə məlumat verib. O, BMT bazaları yaxınlığında yaşayan insanlarla uzun tədqiqatlardan sonra bu açıqlama ilə çıxış edib.

Onun tədqiqatları nəticəsində məlum olub ki, 11 yaşlarında qızlar sülhməramlılar tərəfindən təcavüzə düçar olublar, gənc ana olduqda isə körpələrini təkbaşına böyütmək məcburiyyətində qalıblar. Bəzi uşaqlar isə müqabilində sülhməramlılarla cinsi münasibətə giriblər.

Hesabata görə həmin sülhməramlılar arasında Uruqvay, Çili, Argentina, Kanada və Fransadan olan hərbçilər var.

Linin sözlərinə görə, sülhməramlıların uşaqlarının dəqiq sayı məlum olmasa da, tədqiqatlar zamanı onların yüzlərlə olduğu məlumdur.