Bu gün Rusiyanın paytaxtı Moskvada havanın temperaturu 2,9 dərəcəyə yüksəlib.
APA-nın xəbərinə görə, bu barədə İnterfaks Rusiyanın Hidrometeorologiya mərkəzinə istinadən məlumat yayıb.
Bildirilib ki, bununla da Moskvada 63 illik temperatur rekordu qırılıb. Belə ki, 1956-cı ilin dekabrın 18-də Moskvada 2,8 dərəcə temperatur qeydə alınıb.
Dekabrın 18-də Moskvada ən yüksək temperatur 1886-cı ildə (+5,3) müşahidə olunub.
Sinoptiklər bu gün Moskvada havanın temperaturunun 6 dərəcəyə yüksəlməsini də istisna etmirlər ki, bu da 19-cu əsrin sonunda qeydə alınan rekordu qıra bilər.
Sinoptiklər sabah da Moskvada anormal istilərin olacağını proqnozlaşdırırlar.