Yaponiyada polis helikopteri qəzaya uğrayıb

Yaponiyada polis helikopteri qəzaya uğrayıb. Bu barədə “Kyodo” agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 08:10 radələrində baş verib.

Həmin vaxt göyərtədə beş polis əməkdaşı və iki tibbi işçisi olub. Onlar transplantasiya üçün ürək aparırmışlar.

Onların hamısı xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Qəzanın səbəbləri araşdırılır.