Pakistanda hərbi təyyarə qəzaya uğrayıb

Pakistan Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarəsi Mərdan şəhərində qəzaya uğrayıb.

Bu barədə “ARY News” xəbər yayıb.

Bildirilir ki, “Cessna T-37” təyyarəsinin göyərtəsində iki pilot olub. Onlar sağ qalıblar.

Hava gəmisinin təlim uçuşu həyata keçirdiyi bildirilib.