Rusiyanın qonşusundan hesabat: Ən böyük təhlükə...

Rusiyanın Estoniyaya qarşı hərbi təhlükəsi aşağı olaraq qalır, ən böyük diqqəti Çinə yönəltmək lazımdır.

Axar.az xəbər verir ki, bu barədə Estoniya xarici kəşfiyyatının hazırladığı hesabatda bildirilib.

Hesabat müəlliflərinə görə, son 5 ildə dünyada təhlükəsizlik pisləşib və Estoniyaya da əsas təhlükə Rusiyadan gəlir.

“Rusiyanın Estoniyaya hərbi təcavüzü böyük deyil, çünki Rusiya NATO ilə müharibə istəmir. Buna baxmayaraq dünyanın hər hansı bir nöqtəsində Rusiya və Qərb arasındakı münasibətlərin pisləşməsi Estoniya üçün təhlükənin miqyasını sürətlə dəyişdirə bilər”, - hesabatda qeyd olunub.

Rusiya ilə yanaşı xarici kəşfiyyat təhlükəsizliyə mümkün təhdid yaradan ölkələrin siyahısına Çini də əlavə edib.