Akar Esperlə görüşdü: İdlib müzakirədə...

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar ABŞ Müdafiə naziri Mark Esperlə görüşüb.

Axar.az xəbər verir ki, görüş NATO Müdafiə nazirlərinin toplantısında baş tutub.

Görüşdə Suriya və İraqdakı təhlükəsizlik və müdafiə məsələsində fikir mübadiləsi aparılıb, həm ABŞ-ın, həm də NATO-nun İdlibə daha konkret töhfələr verməsinin vacibliyi vurğulanıb.