Sel 6 məktəblinin həyatına son qoydu


Indoneziyada 6 məktəbli təbii fəlakətin qurbanı olub.

Teleqraf.com xəbər verir ki, 250-dən çox şagird əlverişsiz hava şəraitinə baxmayaraq Sembor çayının sahilinə gəzintiyə çıxıb.

Qəfil başlayan sel onlarla məktəblinin itməsinə səbəb olub. Onların axtarışları davam etdirilir.

Ölənlərin sayının artacağı istisna edilmir.