Özbəkistanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb


Özbəkistanda koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.

Bu gün səhər saatlarında Özbəkistan Səhiyyə Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, son bir sutka ərzində İstanbuldan Daşkəndə gələn daha 3 nəfərdə bu koronavirus aşkarlanıb.

Özbəkistanda koronavirus ilk dəfə Parisdən gələn Özbəkistan vətəndaşında aşkar edilib. Bir gün sonra məlum olub ki, o qadının oğlu, qızı, həyat yoldaşı, nəvəsi və bir yaxın qohumu da bu virusa yoluxublar.

Sonra isə London və Türkiyədən gələn insanlarda koronavirus tapılıb və beləliklə bu xəstəliyə tutulanların sayı 13-ə çatıb.

Məlumatda bildirilir ki, koronavirusa yoluxan xəstələrin hamısı Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.