Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya düzəlişi layihəsini ilk oxunuşda qəbul edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu gün keçirilən səsvermədə parlamentin 142 üzvü iştirak edib, onlardan 136-sı dəyişikliyin lehinə, 5-i isə əleyhinə səs verib.
Düzəlişə əsasən 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq, seçki baryeri isə 1% təşkil edəcək.