Şimali Koreyadakı həbsxanadan sərbəst buraxıldıqdan sonra ABŞ-a dönən və həyatını itirən Amerika vətəndaşı Otto Varmbierin anası, oğulunun ölümünün üçüncü il dönümündə şok açıqlamalar verib.
O, həm ABŞ dövlət başçısı Tramp, həm də Şimali Koreya lideri Şimali Koreya lideri Kim Çen In haqqında çox sərt ifadələr işlədib.
Sherg.az xarici media istinadən xəbər verir ki, ABŞ-dakı Virginiya Universitetində iqtisadiyyat təhsili alan Otto Varmbier, 2016-çı ilin 2 yanvarında Şimali Koreyanı ziyarət etdiyi zaman oteldə təbliğat tabelini oğurlayarkən tutulmuşdu.
15 il ağır iş cəzasına məhkum edilən Varmbierin ailəsi oğullarından 15 ay bir xəbər ala bilməmişdi.
Həbs olunandan təxminən bir ay sonra təşkil edilən mətbuat konfransında Varmbier tabeli xatirə olaraq oğurladığını etiraf etmiş və gözyaşları içində "Məqsədim koreyalıların iş motivasiyasını və iş əxlaqını zədələmək idi" demişdi.
Daha əvvəl Şimali Koreyada nəzarətdə saxlanan digər xaricilər də təzyiq altında bənzər açıqlamalar verdiklərini söyləyir. Şimali Koreya Varmbieri insani səbəblərdən dolayı sərbəst buraxdığını bəyan etmişdi.
Şimali Koreyada saxlandığı həbsxanadan sərbəst buraxıldıqdan sonra ABŞ-a dönən və həyatını itirən Otto Varmbierin ailəsi, oğullarının sistemli işgəncə qurbanı olduğunu bildirmişdi.
Ottonun anası Cindy oğulunun ölümünün üçüncü il dönümündə bir televiziya proqramına qatılaraq açıqlamalar verib.
Qaldığı oteldə, yalnız personalın girə biləcəyi bir sahəyə girərək təbliğat posteri oğurladığı üçün həbs olunan 21 yaşlı Ottonun anası, ABŞ lideri Donald Trampa və Şimali Koreya lideri Kim Çen Ina od püskürüb:
"Amerikalılardan nifrət edənlər var. Kim və rejimi bizə nifrət edir. Onlar bizə nifrət edərkən biz onlara qarşı necə dost kimi davrana bilərik ki?.
Onu bir ildən artıq təcrid vəziyyətində saxladılar, çünki onu evə göndərməkdən qorxurdular və evə göndərmələri üçün tək səbəb Tramp idi”.
Cindy, Trampa əsəbi olduğunu bildirərək deyib ki, amma yenə də ondan başqa kimsənin Ottonu evə gətirə biləcəyinə inanmayıb. O, Trampa əsəbi olduğunu isə belə izah edir:
"Tramp bizi axşam yeməyinə dəvət etmişdi. Biz də Ottonun yaxın yoldaşlarını dəvət etdik. Heç biri Tramp pərəstişkarı deyildi. Masanın ətrafında səssizcə yemək yeyirdik. Trampın isə tək bəhs etdiyi məsələ Kim idi. Kimi sevdiyindən bəhs edib, susurdu. Halbuki biz hamımız ona nifrət edirdik. Mədəmi bulandırdı... Bunu heç cür anlamadı. O bir müəmmadır.
Ottoya görə özünü çox pis hiss etdiyini və onun da kədərləndiyini bilirəm və Şimali Koreyanın nüvə silahlardan təmizlənilməsini istəyir. Amma bu olmayacaq. Tramp bizim üçün çox əhəmiyyətli işlər gördü. Amma bir tərəfdən də duyğularımı incitdi. Çətin vəziyyətdə qaldığımız zaman dövlətə güvənməklə səhv etdik."
Son olaraq Şimali Koreya lideri Kimə səslənən Ottonun anası, "Nə deyə bilərəm ki? Cəhənnəmdə görüşərik" deyə bildirib.
Xatrladaq ki, “Fox” televiziyasında yayımlanan bir proqrama danışan Varmbierin anası və atası, oğullarının qida ilə zəhərləndiyini iddia etmişdi.
Varmbierin ölümündən sonra danışan ailəsi, oğullarının, "şiddətli sıxıntılar keçirdiyini, evin içində uladığını və insani olmayan səslər çıxardığını" açıqlamışdı:
"Başını tamam qırxmışdılar, eşitmir, görmürdü. Ayaqları və qolları tamamilə şəklini dəyişmişdi və ayağında böyük bir yara vardı".
Mərhumun atası Fred Varmbier də öz iddiası vardı. Onun sözlərinə görə, oğulu Şimali Koreyada ölməsin deyə sərbəst buraxıblar.
Amerikanın “Cincinnati Enquirer” qəzeti də Otto Varmbierin bədənində böyük yara olduğunu yazmışdı.
Qəzetin bir ədli tibb mütəxəssisinə istinadən yaydığı xəbərdə, ölüm səbəbinin oksigen çatışmazlığından qaynaqlanan beyin iflici olduğu fikiri yer almışdı.
Şimali Koreya tərəfi isə Varmbierin ölümünün onlar üçün də bir "sirr" olduğunu vurğulayaraq, "Bu ölümün ən böyük qurbanı bizik!" deyə reaksiya vermişdi.
Ölkəsinə geri dönən Varmbier 1 il komada olub. Amerikalı gənc komadan çıxa bilməyərək həyatını itirmişdi.
Turan