İngilislər isti havaya dözə bilmədi, çimərliklərə axın etdilər!



 İngiltərədə ilin ən isti günü kimi qeyd edilən çərşənbə günü minlərlə insan ölkədəki çimərliklərə axın edib. Çimərliklərdən çəkilən fotolarda ictimai məsafə qaydasının heçə sayıldığı müşahidə edilir.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan İngiltərədə isti hava dalğasının təsiriylə, minlərlə insan çimərlikləri doldurub.

Southend və Bournemouth çimərliklərindən çəkilən şəkillərdə minlərlə insanın çimərliklərə axın etdiyi və ictimai məsafə qaydalarının heçə sayıldığı görünür.

İngiltərə çimərliklərində çəkilən fotolar, İngiltərə Baş naziri Boris Consonun ictimai məsafə qaydasını 2 metrdən 1 metrə endirdiyi qərarından sonra gəlib.

Britanya mediasında, müstəqil elm insanlarından gələn xəbərdarlıqlara baxmayaraq tədbirlərin yumşaldılması və normallaşma müddətinə qayıdılması ilə bağlı tənqidlər yer alıb.

 "Financial Times" ön səhifəsində "Çimərliklərdəki izdihamlar riskləri görməməzlikdən gəlir" ifadələrinə yer verib.

Turan