Konyada iki yol qəzasında 9 nəfər ölüb


Türkiyənin Konya vilayətində iki ağır yol-nəqliyyat hadisəsi baş verib, 9 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Konyanın Yunak rayonunda tarlada çalışan işçiləri daşıyan avtomobillə TIR toqquşub. Nəticədə 6 nəfər ölüb.

Konyanın Akşehir rayonunda baş verən qəzada isə 3 nəfər vəfat edib.