Türkiyə ilə Yunanıstan arasında əlaqələr müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis arasında telefon danışığı olub.

AZƏRTAC Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata istinadla xəbər verir ki, telefon danışığında turizm, təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlıq və ikitərəfli münasibətlər müzakirə olunub. Bildirilir ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə əməkdaşlıq imkanları dəyərləndirilib və iki ölkə arasında rabitə kanallarının açıq saxlanılması barədə razılıq əldə edilib.