Qırğızıstan mətbuatı Şuşanın azad olunmasından yazıb


Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycanın qədim Şuşa şəhərinin işğaldan azad olunması ilə əlaqədar AZƏRTAC-ın materiallarını yayıb.

Materiallarda bildirilir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Prezident İlham Əliyev Şəhidlər xiyabanında Şuşanın erməni işğalçılarından azad olunması ilə əlaqədar Azərbaycan xalqına müraciət edib.