Ucar sakini qardaşı oğlunu bıçaqlayıb

Ucarda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaradağlı kəndində baş verib. Aralarında yaranmış münaqişə zamanı əmi qardaşı oğluna bıçaqla ağır xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Qaradağlı kənd sakini, 1998-ci il təvəllüdlü Yasin Nail oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən sonuncunun əmisi, 1960-ci il təvəllüdlü Səməndar Həşimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.