Xüsusi nümayəndələrin görüşü Türkiyə ərazisində davam etdirilir - FOTO - YENİLƏNİB

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü artıq sərhədin Türkiyə tərəfində keçirilir.

APA xəbər verir ki, görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər.

***
Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçınsayca 5-ci görüşü keçirilir.

Sherg.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib.

Xatırladaq ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin əvvəlki görüş 2 il əvvəl - 2022-ci il iyulun 1-də Vyanada baş tutub.