Faktiki hava AÇIQLANIB

İyulun 30-u saat 11:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Sherg.az-a verilən xəbərə görə, iyulun 30-u saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti iyulun 29-u axşam saatlarından tədicən kəsilib. İyulun 30-da gecə və səhər əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Göygöldə 29 mm, Şəmkirdə 23 mm, Şəkidə 14 mm, Gəncədə 12 mm, Goranboyda 9 mm, Naftalan, Daşkəsən, Qax, Tərtər, Gədəbəy, Lerik, Cəfərxan, Oğuz, Qəbələ, Zaqatala, Tovuzda 7 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

İyulun 29-da şərq küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 18 m/s-yə çatıb.

Şəmkir, Daşkəsən, Göygöl, Göyçay, Qax, Lerik, Cəfərxanda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 32, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 18-22 dərəcə isti olub.