Alla Puqaçovanın agent kimi tanınması... - Rusiya

Tanınmış müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması üçün heç bir əsas tapılmayıb.

Axar.az xəbər verir ki bu barədə Rusiya Ədliyyə Nazirliyi bildirib.

"SSRİ xalq artistinin xarici agent kimi tanınmasına imkan verən məlumat yoxdur, lakin belə bir ehtimal yaranarsa, nəzərdən keçiriləcək",- məlumatda qeyd olunub.

Qeyd edək ki, Alla Puqaçova həyat yoldaşı Maksim Qalkinin adının xarici agent reyestrinə daxil edildikdən sonra özünün də xarici agent kimi tanınmasını istəyib.

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov da bununla bağlı Ədliyyə Nazirliyinə sorğu göndərib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Puqaçova əri Maksim Qalkinlə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib. Qalkin 2022-ci ilin sentyabrında xarici agentlərin reyestrinə daxil edilib.