Bolqarıstanda koronavirusa yoluxanların sayı artır


Bolqarıstanda son sutka ərzində 4212 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 94 min 937-ə çatıb, 2055 nəfər ölüb.

Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalinin sanitar normalara riayət etməyə çağırıb.