Ukraynanın səhiyyə naziri koronavirusa yoluxub


Ukraynanın səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə nazir özünün “Facebook” səhifəsində yazıb.

“Dostlar, ehtiyatlı olmağıma və bütün təhlükəsizlik qaydalarına riayət etməyimə baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testim müsbət nəticə verdi. İndi özümü təcrid etmişəm, evdəyəm. Məsafədən işləyəcəm, gündəlik brifinqlər aparacam”, - deyə M.Stepanov yazıb.


Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak da koronavirusa yoluxmuşdu.