Gürcüstanda son sutkada 4 321 nəfər koronavirusa yoluxub, 42 nəfər ölüb


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 321 yoluxma halı qeydə alınıb,  42 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  162 475 nəfərə, ölənlərin sayı isə 1  504 nəfərə çatıb.

Virusa yoluxanlardan 133 511 nəfərin sağaldığı bildirilir.