Suriyada 9 PKK/YPG terrorçusu zərərsizləşdirib


Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-şərqində PKK terror təşkilatının Suriya qolu YPG-nin 9 üzvünü zərərsizləşdirib. 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat yerləşdirilib. 

Türkiyə xüsusi təyinatlıları terrorçuların koordinatlarını müəyyənləşdirib və terrorçular artilleriya zərbəsi ilə məhv edilib.