Mətbuat katibi Zelenskinin şəxsi keyfiyyətlərini açıqladı


Ukrayna prezidenti Vladimir Zelenskinin Mətbuat katibi Yuliya Mendel dövlət başçısını səmimi və dözümlü rəis adlandırıb.

Bu barədə “Report” ZIK telekanalına istinadən xəbər verir.

"Onun xasiyyəti fərqlidir, çünki o, hər şeydən narahat olur. O, səmimidir. Və bu səmimiyyət - onun görkəmli xüsusiyyətidir, onun xarakteridir. O, həqiqətən hər şeyi ürəkdən edir.

Onun üçün əhəmiyyətsiz heç nə yoxdur. Hər şey onun üçün əhəmiyyətlidir. Səbrin səviyyəsi – bu, şəxsən mənim ondan öyrənmək istədiyimdir", - Vladimir Zelenski barədə danışan mətbuat katibi Yuliya Mendel ZIK telekanalına müsahibəsində deyib.

Bundan başqa, mətbuat katibi qeyd edib ki, o, mövqeyini müdafiə etməyə müvəffəq olanda bəzən dövlət başçısı Mendelə qulaq asır və fikrini dəyişir.

O, əlavə edib ki, prezident tez-tez televizora, müxtəlif telekanallara baxır.