Gürcüstanda son sutkada koronavirusdan 23 nəfər ölüb


Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  990  yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  228 410 , ölənlərin sayı isə 2 528 nəfərə çatıb.

Virusa yoluxanlardan 214 992 nəfərin sağaldığı bildirilir.