ABŞ-da son sutkada COVID-19-a 283 204 yoluxma qeydə alınıb, 3456 nəfər ölüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 283 204 yoluxma halı qeydə alınıb, 3456 nəfər vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, pandemiya başlayandan bəri ABŞ-da koronavirusa 21,8 milyondan çox yoluxma qeydə alınıb.
ABŞ-da COVID-19-dan ölənlərin sayı 368 mindən çoxdur.