Rusiyada COVID-19-a yoluxanların sayı 4 071 883 nəfərə çatıb


Rusiyada son sutka ərzində daha 14 185 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 071 883  nəfərə çatıb.

Son sutka ərzində 430 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 80 126  nəfərə çatıb.


Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.