Rumıniyada koronavirusa 2415 yeni yoluxma hadisəsi qeydə alınıb


Rumıniyada koronavirusa yoluxanların sayı 760 min 91 nəfərə çatıb.

AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində ölkədə 2415 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 19 min 325 nəfərdir. Xəstəlikdən 706 min 394 nəfər sağalıb.

Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.