Bill Qeytsin qızı peyvənd olundu və insanları ələ saldı

“Maykrosoft” qurucusu Bill Qeytsin qızlarından biri Cennifer Qeyts də koronavirusa qarşı peyvənd olunub.

Axar.az xəbər verir ki, C.Qeyts bu barədə İnstaqram səhifəsində paylaşım edib.

“Heyf ki, peyvənd məndə dahi atamın beynini canlandırmadı”, - deyə Cennifer Qeyts guya atasının peyvənd vasitəsilə insanların beyninə çip yeritmək istədiyi ilə bağlı yaranan sui-qəsd nəzəriyyələrini bu cür ələ salıb.