Saakaşvili: İvanişvili Avropa ilə danışıqlar aparmaq barəsində razılığa gəlib

"İvanişvili Avropa ilə danışıqlar aparmaq barədə razılığa gəlib. Paralel olaraq, o Rusiya ilə də danışıqlar aparır".

24News.ge xəbər verir ki, bu sözləri ölkənin sabiq prezidenti, Mixeil Saakaşvili deyib.

Onun sözlərinə görə, Rusiya İvanişviliyə müxtəlif şərtlər irəli sürür:

"İvanişvili yaxşı bilir ki, 6 bənddən ibarət olan razılaşma praktiki olaraq növbədənkənar seçkilərə gedən yoldur. Seçkilər isə ölkədə hakimiyyətin dəyişməsi, koalisiya hakimiyyətinin yaranması deməkdir. Əlbəttə, bu hal İvanişvili üçün qəbuledilməzdir.

İvanişvili Avropa ilə danışıqlar aparmaq barəsində razılığa gəlib. Paralel olaraq, o Rusiyanın təşəbbüsü ilə bu ölkə ilə də danışıqlar aparır. Ruslar İvanişviliyə deyirlər ki, ölkədə güc strukturlarını normal qaydada toplasın. Bunun üçün isə, o güc strukturlarına nazir təyin etməlidir. Əvvəl, necə ki, Qaxarianı təyin etmişdi.

Qaxarianın özü Rusiyanın xarici kəşfiyyatının nümayəndəsidir. Bundan əlavə, Rusiya Gürcüstanın 6 ölkədən ibarət (Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran) formata qoşulmasını istəyir. Hələlik Gürcüstan bu formatın üzvü deyil, ancaq Rusların istəyi odur ki, Gürcüstan bu formata daxil olsun.

Bundan əlavə, ruslar istəyirlər ki, ölkədə asayiş yaradılsın, televiziyalar bağlanılsın. Təbii olaraq, bu o deməkdir ki, Nika Melia və digər məhbuslar azadlığa buraxılmamalı, Lazika proektinin (Liman şəhəri) həyata keçirilməsi təmamilə dayandırılmalıdır - Ruslar bunu istəyir", - deyə Mixeil Saakaşvili bildirib.