Türkiyədə meşə ərazisində yanğın başlayıb

Türkiyənin Muğla vilayətində meşə ərazisində yanğın başlayıb.

Trend-in məlumatına görə, hadisə Marmaris rayonunda qeydə alınıb.

Yanğının yaşayış məntəqələri üçün təhlükə yaratmadığı və söndürmə işlərinin davam etdiyi qeyd olunub.

Yanğınsöndürmə briqadaları yanğını nəzarətə götürmək üçün çalışır.