Çin Mars ekspedisiyasının enişindən VİDEO paylaşdı 


Çinin Milli Kosmik İdarəsi (CNSA) "Çjujun" aparatının Marsa enişinin videosunu paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, kadrları Sinxua agentliyi özünün Youtube səhifəsində paylaşıb.

Videoda paraşütün açılması və marsoxodun planetin səthində hərəkəti əks olunub.


Çinin "Tyanven-1" Mars missiyası 2020-ci il iyulun 23-də Yerdən start götürüb. "Çjujun" marsoxodu eniş platformasından Marsa enərək qırmızı planetin tədqiqatına başlayıb.