APA-nın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə nazirləri Əfqanıstandakı Həmid Kərzai adına beynəlxalq hava limanının təhlükəsizliyi, eləcə də mühafizəsi ilə bağlı Türkiyə və ABŞ-ın texniki heyətləri arasında keçirilən müzakirələrdəki son vəziyyət barədə danışıblar.
Müdafiə nazirləri iyulun 8-də də telefon əlaqəsi saxlayaraq müzakirələri davam etdirmək barədə razılaşıblar.