İsveçdə təyyarə qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb

İsveçin Erebru şəhərində göyərtəsində 9 nəfərin olduğu bildirilən təyyarə havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Bu təyyarədən paraşütlə tullanmaq üçün idi, o, havaya qalxdıqdan sonra qəzaya uğrayıb”, - deyə “Reuters” Xilasetmə Koordinasiya Mərkəzinin rəhbəri Emil Qustavssondan sitat gətirib.

Qəza nəticəsində ölən və xəsarət alanlar barədə hələlik bir məlumat yoxdur.