Bu barədə “RİA Novosti” Tacikistanın Fövqəladə Hallar Komitəsinin mətbuat mərkəzinin rəhbəri Umeda Yusufiyə istinadla bildirib.
“Yeraltı təkanların episentri Düşənbədən 165 kilometr şimal-şərqdə və Rəşt bölgəsindən 21 kilometr şərqdə olub. Zəlzələnin episentrində yeraltı təkanlar 6 bal, Düşənbədə 3 bal olub. Beş nəfər ölüb” , - deyə Yusufi xəbər verib.
Onun sözlərinə görə, Rəştdən olan iki azyaşlı sakin yaralanıb və xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, zəlzələnin episentrindəki iki kənddə 19 evə ziyan dəyib.