“Amazon” korporasiyasının banisi Ceff Bezos şirkətin baş direktor vəzifəsini tərk etdikdən sonra sərvəti daha da artıb.
"Report" xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.
2021-ci ilin iyulun 5-də şirkətin baş direktor vəzifəsini Endi Cessi tutub və nəticədə "Amazon" səhmlərinin qiyməti yüksəlib.
Bununla da, Bezosun sərvəti 10,6 milyard ABŞ dolları artaraq 212,4 milyard ABŞ dollarına çatıb.