NATO baş katibindən açıqlama: “Talibana qarşı müdafiə sisteminin çökməsi…”

NATO-nun baş katibi Yens Stoltenberq "York Times" qəzetinə müsahibəsində bildirib ki,Əfqanıstan Taliban hərəkatının əlinə keçib. Bu barədə “Sherg.az” “RİA Novosti”yə istinadən xəbər verir. “Siyasi və hərbi rəhbərliyin çöküşünün şahidi olduq. Bu isə sonradan Talibana qarşı bütün müdafiənin çökməsinə səbəb oldu”—deyə o, bildirib. 
 Stoltenberqin sözlərinə görə, ABŞ digər NATO müttəfiqlərilə razılaşaraq qoşunlarını Əfqanıstandan çıxarıb.