Trampdan Baydenə sərt sözlər: “Bacarıqsız...”

ABŞ -ın keçmiş prezidenti Donald Tramp 2024 -cü il prezident seçkilərində yenidən seçilmək istəyib -istəməyəcəyi ilə bağlı sualı cavablandırıb. O  çoxlu variantlarının olduğunu deyib: "İndiki durum ölkəmiz üçün utandırıcıdır".
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, Tramp xələfi Co Baydenin Əfqanıstandan çəkilmə prosesində izlədiyi yolu sərt şəkildə tənqid edib:
“Bayden administrasiyasının ABŞ -ı Əfqanıstandan çıxarması ölkəmizin tarixində ən böyük ayıbdır. Əfqanıstana baxanda tamamilə səbəbsiz ölümlər görürük. Əsgər ailələri Bayden əvəzinə mənimlə danışmaq istəyirlər. Bayden bacarıqsız insandır”.

 Yegane Bayramova