ABŞ-dan İrana qarşı yeni sanksiyalar


ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Nazirlikdən yayılan məlumata görə, yeni qadağalar dörd nəfər İran vətəndaşı və iki şirkətə şamil olunub.

Sözügedən şəxslərdən ikisi İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrdə şübhəli bilinir.

Mənbə: “RİA Novosti”