Efiopiyada saxlanan BMT əməkdaşlarının  16 nəfər hələ də həbsdədir


Efiopiyada saxlanan BMT əməkdaşlarının altısı artıq sərbəst buraxılıb. 16 nəfər isə hələ də həbsdədir.

APA-nın xəbərinə görə, bunu BMT-nin sözçüsü Stefan Düjarrik məlumat verib. BMT-nin mənzil qərargahında keçirilən birfinqdə Düjarrik deyib: “Hazırda digər əməkdaşların da azad edilməsi üçün Efiopiya hökuməti ilə danışıqlar aparılır. Bizə həbslə bağlı hələ ki, heç bir tutarlı səbəb göstərilməyib.”