Gürcüstanda koronavirusa 4 445 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son sutkada koronavirusa 4 445 yeni yoluxma halı təsdiqlənib, 77 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda hazırkı dövrədək COVID-19 infeksiyasına yoluxanların sayı 775 826-ya, ölənlərin sayı isə 10 816-ya yüksəlib.

Ötən 24 saat ərzində 3 508, ümumilikdə isə 708 820 nəfər müalicə olunaraq sağalıb.