Gürcüstan səhiyyə nazirinin müavini istefa verib

Gürcüstan səhiyyə nazirinin müavini Giorgi Tsotskolauri bu gün istefa verdiyini açıqlayıb.

Sherg.az gürcü mediasına istinadən xəbər verir ki, o, istefa qərarını bir neçə ay bundan öncə nazirə təqdim etdiyini bildirib.

G. Tsotskolauri qərarının səbəbini açıqlamayıb.

Xatırladaq ki, Giorgi Tsotskolauri 2018-ci ildən Gürcüstanın işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər nazirinin müavinidir.

Qeyd edək ki, istefa verən G. Tsotskolaurinin əvəzinə bu gün, İlia Quduşauri təyin edilib.