ABŞ-da yeni anti-rekord: Dünyada ən çox yoluxma halı qeydə alındı


ABŞ-da 1 milyondan çox yoluxma hadisə ilə həm ölkə daxilində, həm də dünyada koronavirusa ən çox gündəlik yoluxma qeydə alınıb.

Con Hopkins Universitetinin son 24 saat ərzində açıqladığı koronavirus məlumatlarına görə, ABŞ-da 1 milyon 83 min 948 yeni yoluxma aşkarlanıb və bununla da ölkədə yeni rekorda imza atılıb.

Bu, ABŞ-da cəmi dörd gün əvvəl qeydə alınan əvvəlki rekorddan təxminən iki dəfə çoxdur.

Mənbə: TRT Haber