Biznes təyyarələri kütləvi şəkildə Qazaxıstandan Avropaya doğru uçmağa başlayıb.
Bu barədə “KazTaf” Teleqram kanalı xəbər paylaşıb.
"Sherg.az" "lenta.ru"ya istinadən xəbər verir ki, beşdən altıya qədər “Biznes-jet” Almatıdan, digəri isə Nur -Sultandan havaya qalxıb.
"Ateo Breaking" Telegram kanalı, Almatıdan Rusiyaya doğru hərəkət edən hökumət biznes təyyarəsini göstərən Uçuş Radarının internet saytından məlumat yayıb.
Bundan əvvəl Qazaxıstan prezidenti Qasım- Comərd Tokayevin etirazlar fonunda Nur-Sultanda fövqəladə vəziyyət tətbiq etdiyi məlum olub.
Qeyd edək ki, bu ölkədə etirazlar bazar günü, yanvarın 2-də benzinin qiymətinin 60 təngədən 120 təngəyə qalxması səbəbilə başlayıb. Yanvarın 4-də etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma yaşanıb. Yanvarın 5-də Aktobedə izdiham polis kordonunu yarıb yerli administrasiya binasına giriş edib.