Ukraynada koronavirusa yoluxanların sayı kəskin artıb


Son sutkada Ukraynada koronavirusa yoluxanların sayı kəskin artıb.

“Report” “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda ölkdə 18 479 yeni yoluxma faktı qeydə alınıb. Yanvarın 19-da bu say 12 815 olub.

Son sutkada Ukraynada virusdan 131 nəfər ölüb. 4446 nəfər isə sağalaraq evə buraxılıb.

İndiyədək ölkədə ümumilikdə 3 799 382 nəfər koronavirusa yoluxub. Onlardan 3 571 782 nəfəri sağalıb, 98 843 nəfər isə ölüb.