ABŞ-da oteldə 16 nəfər huşsuz vəziyyətdə tapılıb


ABŞ-ın Ohayo ştatının Marisville şəhərindəki oteldə azı 16 nəfər huşsuz vəziyyətdə tapılıb.

APA “CBS” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, hovuzun yaxınlığındakı ərazidə insanlar huşsuz vəziyyətdə aşkarlanıb.

Onlardan 14-ü dərhal xəstəxanaya yerləşdirilib, daha iki nəfərə yerində tibbi yardım göstərilib.


İlkin məlumatlara görə, simptomlar arasında onların boğazında yanma hissi və başgicəllənmə var.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilmir.

Hadisədən sonra polis otelin bütün qonaqlarını təxliyə edib.

Faktla bağlı araşdırma aparılır.